Nizam-intizam qaydalarına nəzarət
qurumunun idarə heyətinin baş vermiş
intizamsızlıqlarla bağlı
qəbul edilən
Q Ə R A R L A R I
“ULDUZLAR LİQASI” adı altında
keçirilən kütləvi idman yarışının 2020/21-ci il ”Ceyhun Haşımov”
mövsümünün 8-ci həftəsinin oyunları çərçivəsində oynanan oyunlarda nizam
intizamsızlıq baş vermişdir, baş vermiş intizamsızlıqlarla bağlı idarə heyətinin
qəbul edilən qərarları!
02.05.2021-ci il saat 17:00-da
keçirilən “Zülfüqar” və “Xilə” komandalarının oyununda
nizam-intizamsızlıq baş vermişdir, “Xilə” komandasının iştirak ərizəsində baş
məşqçi kimi yer alan Şərifov Asif
Tofiq oğlu oyunun birinci hissəsində oyunun gedişatı zamanı baş hakiminin
verdiyi qərarlara öz fikirlərini aqressiv dərəcədə bildirərək etiraz etmişdir.
Baş hakim etirazın
qaydalar çərçivəsinə uyğun olmadığını bildirərək Şərifov Asif Tofiq
oğluna sarı vərəqə göstərmiş və texniki zonada etirazı qaydalar çərçivəsində
edilməsini tələb etmişdir.
Şərifov Asif Tofiq oğlu oyunun ikinci
hissəsində yenidən öz fikirlərini aqressiv və qaydalar çərçivəsindən kənar
bildirmişdir.
Oyunun baş hakim
dərhal Şərifov Asif Tofiq oğluna 2-ci (ikinci) sarı vərəqə və nəticə olaraq
qırmızı vərəqə göstərərk texniki zonanı tərk etməsini tələb etmişdir.
Şərifov Asif qırmızı vərəqə ilə
cəzalandırıldıqdan sonra etirazına davam edərək argo ifadələr işlətmişdir.
Nizam İntizam komitəsi
Şərifov Asif Tofiq oğlunun göstərdiyi davranışı
birmənalı olaraq qaydalar çərçivəsində qəbul etməmiş və baş məşqçinin aldığı
qırımızı vərəqə sayına görə 1 (bir) oyun göstərdiyi aqressiv davarşıa
görə 3 (üç) oyun texniki zonadan uzaqlaşdırılmasına qərar vermişdir.
Bir daha buna bənzər
hal baş verərsə baş məşqçi Ulduzlar Liqası 2020/21 ”Ceyhun Haşımov” mövsümündən
diskalifiye olunacağı barədə xəbərdarlıq olunsun.
Qərarın icrası “Ulduzlar Liqası” təşkilatçıları
və idarəçiləri tərəfindən nəzarətə götürülsün.
Blütenə abunə olmaqla siz,bizim ən son xəbərləri ən tez əldə etmiş olacaqsınız.
Rəy bildir