02.12.2019
Nizam-intizam qaydalarına
nəzarət
qurumunun
idarə heyətinin baş vermiş
intizamsızlıqlarla bağlı qəbul edilən
Q Ə R A R I
“ULDUZLAR
LİQASI” adı altında keçirilən kütləvi idman yarışının 2019/2020-ci il mövsümünün 1/8 play-off
çərçivəsində oynanan oyunlarda nizam-intizamsızlıq baş vermişdir, baş vermiş
intizamsızlıqla bağlı idarə heyətinin qəbul edilən qərarı.
23.11.2019-ci il saat 21:00-da keçirilən “Kia Fan Klub
Azərbaycan” və “Keşlə” komandalarının oyununda
nizam-intizamsızlıqlar olmuşdur, belə ki, “Kia Fan Klub Azərbaycan” komandası rəsmi iştirak ərizəsində yer alan Quliyev Məmməd Azər oğlu
oyununun ikinci hissəsinin 41-ci dəqiqəsində oyunu idarə edən baş hakimin qərarını
tam olaraq aqressiv qarşılamışdır və qeyri etik ifadələr işlədərək oyunun içərisində
olan topu qərəzli şəkildə hakim istiqamətində vurmuşdur. Oyunu idarə edən baş
hakim Quliyev Məmməd Azər oğlunu dərhal qırmızı vərəqə ilə cəzalandıraraq
meydançanı tərk etməsini söyləmişdir, Quliyev Məmməd cəzalandırıldıqdan sonra
qeyri etik ifadələr ilə meydançanı tərk etməyərək texniki zonlaya yollanmışdır.
Sözü gedən
oyunda eyni zamanda “Kia Fan Klub Azərbaycan” komandası rəsmi iştirak ərizəsində yer alan Quliyev Samir Azər oğlu
eyni hərəkətin əl ilə təkrar etmək istəyərək topu hakim istiqamətində göndərmişdir,
oyunu idarə edən baş hakim Quliyev Samir Azər oğlunuda dərhal qırmızı vərəqə ilə
cəzalandırmışdır, daha sonra Quliyev Samir Azər oğlu təhqiredici və arqo ifadələr
işlədərək geyinib-soyunma otağına yollanmışdır.
“Kia Fan Klub
Azərbaycan” və “Keşlə” komandalarının oyun protokol tam olaraq
yoxlanmış və aşağıdakı qərarlar qəbul edilmişdir.
Ulduzlar Liqasının nizam-intizam qaydalarını 54.3, 54.6 bəndlərini sərtcəsinə pozan Quliyev
Məmməd Azər oğlunun göstərdiyi davranış
bir mənalı olaraq qəbul edilməzdir, Oyunçu Ulduzlar Liqası adı altında keçirilən
bütün turnirlərdən diskalifiye olunsun və hər hansı bir komandanın iştirak ərizəsində
yer alması qəti qadağan olunsun.
Ulduzlar Liqasının nizam-intizam qaydalarını 54.3, 54.6 bəndlərini sərtcəsinə pozan Quliyev
Samir Azər oğluna 8 (səkkiz) oyun oyunlardan iştirak etmə hüququndan məhrum
olunsun, komandanın iştirak ərizəsindən adı çıxarılsın texniki zonada iştirak
edilməyinə qadağa qoyulsun. Oyunçunun özünə bu barədə xəbərdarlıq olunsun,
birdaha belə hallar baş verərsə Ulduzlar Liqası adı altında keçirilən bütün
idman yarışlarında iştirak etməsinə qadağa qoyulsun.
Süleymanov
Coşqun Vəli oğlu “Əmirli Tovuz” 1/8
play-off mərhələsində qeyri etik ifadə işlədərək qırmızı vərəqə ilə cəzalandırılıb oyunçu 3-tur cəzalanır və adı iştirak ərizəsindən çıxarılır.
Məmmədzadə
Aslan Samid oğlu “Turan Birliyi” 1/8 play-off mərhələsində hakimə qarşı qeyri
etik ifadə işlədərək qırmızı vərəqə ilə cəzalandırılıb oyunçu 4-tur cəzalanır və adı iştirak ərizəsindən çıxarılır.
Ağayev
Əsəd Böyükağa oğlu “Army United” 1/8 play-off mərhələsində qeyri idman hərəkəti
göstərdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb oyunçu 4-tur cəzalanır və adı iştirak ərizəsindən çıxarılır.
Ağayev
Elnur Arif oğlu “Xilə” 1/8 play-off mərhələsində
qeyri etik ifadə işlədərək qırmızı vərəqə
ilə cəzalandırılıb oyunçu 3-tur cəzalanır və adı iştirak ərizəsindən çıxarılır.
Gözəlov
Muxtar Aydın oğlu “Xilə” 1/8 play-off mərhələsində qeyri etik ifadə işlədərək qırmızı vərəqə ilə cəzalandırılıb oyunçu 3-tur cəzalanır və adı iştirak ərizəsindən
çıxarılır.
Məhərrəmli
Mahir Zeynal oğlu “Army United ” 1/8 play-off mərhələsində 2 (iki) yekunda qırmızı vərəqə aldığı üçün
1-tur cəzalanır və adı iştirak ərizəsindən çıxarılır.
Blütenə abunə olmaqla siz,bizim ən son xəbərləri ən tez əldə etmiş olacaqsınız.
Rəy bildir