Cəzalar açıqlandı!!

Cəzalar açıqlandı!!

24 Oct, 2018 - 15:10

Nizam-intizam qaydalarına nəzarət

qurumunun idarə heyətinin baş vermiş

intizamsızlıqlarla  bağlı qəbul edilən

         

Q Ə R A R L A R I

 

      “ULDUZLAR LİQASI” adı altında keçirilən kütləvi idman yarışının 2018/2019-cu il sezonu  “play-off həftəsinin  oyunları çərçivəsində oynanan oyunlarda nizam intizamsızlıq baş vermişdir, baş vermiş intizamsızlıqlarla bağlı idarə heyətinin qəbul edilən qərarları.

20.10.2018-ci il saat 22:00-da keçirilən “Əmirli Tovuz” və “Azəri Maştağa” komandalarının oyununda nizam-intizamsızlıq baş vermişdir, “Əmirli Tovuz” komandasının iştirak ərizəsində yer alan Hüseynov Ramal Məhəmməd oğlu oyunun gedişatı zamanı öz etirazını oyunun baş hakiminə qarşı argo ifadələr ilə etmişdir, oyunun baş hakimi sözügedən oyunçu ilə məsafəsi tam yaxın olmadığı üçün ifadələrdən xəbərsiz qalaraq oyunu davam etddirmişdir, lakin Ulduzlar Liqası idarəçiləri tərəfindən  oyunun sonunda oyun protokoluna Hüseynov Ramalın həqiqətəndə argo ifadələr işlətddiyini qeyd etmişdir. (Maddə 46)

( 46.Oyunlar keçirilən zaman liqa nəzarətçiləri və ümumi olaraq tərəfimizdən təyin edilən məsul şəxslər günlük protokollarında qeyri-etik davranışlar, danışıqlara şahid olduğu zaman qeyd edir, oyun həftəsi yekunlaşdıqdan sonra cəzalar tərtib olunur)


Nizam İntizam komitəsi protokolları yoxladıqdan sonra Hüseynov Ramal Məhəmməd oğlunun göstərdiyi davranışı bir mənalı olaraq qeyri idman hərəkəti kimi dəyərləndirmiş və qərarı açıqlamışdır.

QƏRAR

Ramal Hüseynov  3 (üç) oyunluq cəzalandırılsın və adı iştirak ərizəsindən tam çıxarılsın oyunçunun texniki zonada iştirak etməsi qəti qadağan olunsun!



Daha bir intizamsızlıq 21.10.2018 saat 19:00-da baş tutan “Asim” – “Hard Service” komandaları arasında oynanan oyunda baş vermişdir, “Hard Service” komandasının iştirak ərizəsində yer alan oyunçularından biri Allahverdiyev Elmar Nazim oğlu oyun zamanı ona olunan müdaxilədən sonra oyunun baş hakimindən cərimə zərbəsi tələb etmişdir lakin oyunun baş  hakim davam işarəsini verdikdən sonra Allahverdiyev Elmar  istəyini bu dəfə argo ifadələr ilə tələb etmişdir, bu cəhdindən sonra oyunun baş hakimi oyunu dəyandıraraq sözügedən oyunçuya bir başa qırmızı vərəqə göstərərək meydançanı tərk etməyini tələb etmişdir, qırmızı vərəqə aldıqdan sonra Allahverdiyev Elmar texniki zonanı argo ifadələr ilə tərk etmiş və kənardan bu ifadələri işlətməyə davam etmişdir. Oyunun soynunda bütün bu hallar idaəçilər tərəfindən protokollara qeyd edilmişdir.

 

Nizam İntizam komitəsi protokolları yoxladıqdan sonra Allahverdiyev Elmar Nazim oğlunun göstərdiyi davranışı bir mənalı olaraq qeyri idman hərəkəti kimi dəyərləndirmiş və qərarı açıqlamışdır.

QƏRAR

Allahverdiyev Elmar Nazim oğlu göstərdiyi davranışa görə Ulduzlar Liqası 2018/2019 mövsümündən kənarlaşdırılsın və Ulduzlar Liqası altında keçirilən bütün turnirlərdə iştirakına qadağa qoyulsun və adı bir başa qara siyahıya əlavə edilsin!


 

Novruzov Asim Akif  oğlu “Türkan” play-off  turunda qırmızı vərəqə aldığı üçün 1-tur cəzalanır  adı iştirak ərizəsindən çıxarılır

Rəy bildir

Xəbər blüteninə abunə olun

Blütenə abunə olmaqla siz,bizim ən son xəbərləri ən tez əldə etmiş olacaqsınız.