Ulduzlar Liqası II həftədə baş tutan nizam-intizamsızlıqlara bağlı qəbul edilən qərarlar.

Ulduzlar Liqası II həftədə baş tutan nizam-intizamsızlıqlara bağlı qəbul edilən qərarlar.

30 May, 2019 - 17:05

                                                                Nizam-intizam qaydalarına nəzarət

                                                                          qurumunun idarə heyətinin baş vermiş

                                                                          intizamsızlıqlarla  bağlı qəbul edilən

         

Q Ə R A R L A R I

 

      “ULDUZLAR LİQASI” adı altında keçirilən kütləvi idman yarışının 2019/2020-ci il sezonu  ikinci həftəsinin  oynanan oyunlarda baş vermiş nizam-intizamsızlıq bağlı qəbul edilən qərarları.

  

    26.05.2019-cu il 18:00-da tarixində baş tutan “Kia Fan Klub Azerbaijan” – “Turan Birliyi” komandalarının oyunu arasında nizam-intizamsızlıq baş vermişdir.

Oyunun 23-cü dəqiqəsində  “Kia Fan Klub Azerbaijan” komandasının iştirak ərizəsində yer alan Məmmədov Şahin Məhəmməd oğlu hakimin verdiyi qərarı düzgün qəbul etməyərək, təhqir edici və arqo ifadələr işlətməyə başlamışdır. Bu səbəbdən oyuna təyin edilmiş baş hakim oyunu saxlayaraq Məmmədov Şahinə bir başa qırmızı vərəqə göstərərək meydançanı tərk etməyini tələb etmişdir.

                                                                                                                      Q Ə R A R

Məmmədov Şahin Məhəmməd oğluna qırmızı vərəqəyə görə 5 (beş) oyunluq iştirak etmə hüququndan məhrum edilsin, adı iştirak ərizəsindən çıxarılsın ikinci dəfə belə hal baş verər və  intizamsızlıq aşkar olunarsa hər hansı təzyiq etmək cəhdi və gərginliyə səbəb ola biləcək hallarda liqadan kənarlaşdırılsın!

 

    26.05.2019-cu il 20:00 tarixində baş tutan “Sabuçu” – “AzeriMed” komandalarının oyunu arasında nizam-intizamsızlıq baş vermişdir.

    Oyunun 17-ci dəqiqəsində “AzeriMed” komandasının baş məşqçisi Quliyev Səxavət Eynulla oğlu hakimin verdiyi qərarlar ilə razılaşmamış texniki zonanı tərk edərək, oyun meydançasına daxil olub arqo ifadələr işlətmişdir, bu səbəbdən oyunun 20-ci dəqiqəsində oyuna təyin edilmiş baş hakim Quliyev Səxavətin meydançanı tərk etməyini tələb etmişdir.

                                                                                                                                    Q Ə R A R

         Quliyev Səxavət Eynulla oğlu göstərdiyi davranışa görə 3 (üç) oyunluq oyunlardan iştirak etmə hüququndan məhrum edilsin və  adı iştirak ərizəsindən çıxarılsın, bir daha belə hallar baş verdikdə Ulduzlar Liqası 2019/20 mövsümündən  liqadan kənarlaşdırılsın!

26.05.2019-cu il 20:00 tarixində baş tutan “Sabuçu” – “AzeriMed” komandalarının oyunu arasında  daha bir nizam-intizamsızlıq baş vermişdir.

 

Oyuna təyin edilmiş baş hakim oyunun son fitini səsləndirdikdən sonra “AzeriMed” komandasının protokollar üzrə yer alan oyunçuları verilən qərarlar barədə müzakirələr edərək oyunun baş hakimə yaxınlaşmışdır,  Oyunun baş hakimi verdiyi qərarların müzakirə olunmayacağını söylədikdə oyunçular dahada aqressivləşərək öz fikirlərini  təhqir edici ifadələr ilə bildirmişdir, bu səbəbdən Ulduzlar Liqası 4.6 bəndini nəzərə alaraq cəzaların tərtib olunmasına qərar verilmişdir.

4.6           . Oyunlar keçirilən zaman liqa nəzarətçiləri və ümumi olaraq tərəfimizdən təyin edilən məsul şəxslər günlük protokollarında qeyri-etik davranışlar, danışıqlara şahid olduğu zaman qeyd edir, oyun həftəsi yekunlaşdıqdan sonra cəzalar tərtib olunur.

 

1.Məmmədov Vüsal Məmməd oğlu Ulduzlar Liqası 2019/20 mövsümündən diskalifiye olunsun, adı iştirak ərizəsindən çıxarılsın və texniki zonada iştirakına qadağa qoyulsun.

 

2.Nəzərov Vaqif Atabala oğlu Ulduzlar Liqası 2019/20 mövsümündən diskalifiye olunsun, adı iştirak ərizəsindən çıxarılsın  və texniki zonada iştirakına qadağa qoyulsun.

 

3.Gözəlov Bəhruz Nəhmət oğlu 3 (üç) oyun oyunlardan iştirak etmə hüququndan məhrum edilsin və adı iştirak ərizəsindən çıxarılsın.

 

“AzeriMed” komadasına bu barədə xəbərdarlıq olunsun, cəza tərtib olunan oyunçuların texniki zonada iştirak etməməsi üçün komanda kapitanı öz nəzarətində saxlasın, bir daha komanda daxili nizam-intizamsızlıq baş tutarsa komandaya digər sanksyalar tərtib olunsun.

 

 

Talıbov İsmayıl “Seniors” II-turda  qırmızı vərəqə aldığı üçün 1-tur cəzalanır, adı iştirak ərizəsindən çıxarılır  III-cu tur oyununda iştirak etməyəcək

Şirəliyev Mahmud  “Seniors” II-turda  qırmızı vərəqə aldığı üçün 1-tur cəzalanır, adı iştirak ərizəsindən çıxarılır  III-cu tur oyununda iştirak etməyəcək

Həsənov Fəhmin  “Ümid Masallı” II-turda  qırmızı vərəqə aldığı üçün 1-tur cəzalanır, adı iştirak ərizəsindən çıxarılır  III-cu tur oyununda iştirak etməyəcək

İsmayılov Məhəmməd  “Ümid Masallı” II-turda  qırmızı vərəqə aldığı üçün 1-tur cəzalanır, adı iştirak ərizəsindən çıxarılır  III-cu tur oyununda iştirak etməyəcək 

Rəy bildir

Xəbər blüteninə abunə olun

Blütenə abunə olmaqla siz,bizim ən son xəbərləri ən tez əldə etmiş olacaqsınız.