Cəzalar Açıqlandı!

Cəzalar Açıqlandı!

17 Sep, 2019 - 20:09

17.09.2019                                                                        

                                                                                      

                                                           Nizam-intizam qaydalarına nəzarət

                                                           qurumunun idarə heyətinin baş vermiş

                                                           intizamsızlıqlarla  bağlı qəbul edilən

         

Q Ə R A R I

 

      “ULDUZLAR LİQASI” adı altında keçirilən kütləvi idman yarışının 2019/2020-ci il mövsümünün  II dövrəsinin VI həftəsinin  oyunları çərçivəsində oynanan oyunlarda nizam-intizamsızlıq baş vermişdir,  baş vermiş intizamsızlıqla bağlı idarə heyətinin qəbul edilən qərarı.

 15.09.2019-ci il   saat 20:00-da keçirilən “AzeriMed” və “Tüklə” komandalarının oyununda nizam-intizamsızlıqlar olmuşdur, belə ki, “Tüklə” komandası rəsmi iştirak ərizəsində yer alan Salayev Rafik Eldar oğlu oyun sonlandıqdan sonra meydança içərisində eyni zamanda meydança hüdudları ətrafında oyunu idarə edən baş Hakimə təhqiredici və arqo ifadələr işlədərək geyinib-soyunma otağına daxil olmuşdur.

         Sözü gedən oyunda eyni zamanda “Tüklə” komandası rəsmi iştirak ərizəsində yer alan Həsənli Fəxi Fəxrəddin oğlu komandanın ehtiyyat heyətində olduğu halda texniki zonanın qarşısına çıxaraq oyunun baş hakiminə qarşı təhqiredici və arqo ifadələr işlətmişdir

Oyunun baş Hakimi “AzeriMed” və “Tüklə” oyununda baş verən bütün bu halları  AFFA-nın 343 nömrəli protokoluna qeyd edərək təsdiqləmişdir.

 

“AzeriMed” və “Tüklə” komandalarının oyunundakı protokol tam olaraq yoxlanmış və aşağıdakı qərarlar qəbul edilmişdir.

 

Ulduzlar Liqasının nizam-intizam qaydalarını  54.3, 54.6 bəndlərini sərtcəsinə pozan Salayev Rafik Eldar oğluna 8 (səkkiz) oyun oyunlardan iştirak etmə hüququndan məhrum olunsun, komandanın iştirak ərizəsindən adı çıxarılsın texniki zonada iştirak edilməyinə qadağa qoyulsun. Oyunçunun özünə bu barədə xəbərdarlıq olunsun, birdaha belə hallar baş verərsə Ulduzlar Liqası adı altında keçirilən bütün idman yarışlarında iştirak etməsinə qadağa qoyulsun.

 

Ulduzlar Liqasının nizam-intizam qaydalarını  54.3, 54.6 bəndlərini sərtcəsinə pozan Həsənli Fəxi Fəxrəddin oğluna 7 (yeddi) oyun oyunlardan iştirak etmə hüququndan məhrum olunsun, komandanın iştirak ərizəsindən adı çıxarılsın texniki zonada iştirak edilməyinə qadağa qoyulsun. Oyunçunun özünə bu barədə xəbərdarlıq olunsun, birdaha belə hallar baş verərsə Ulduzlar Liqası adı altında keçirilən bütün idman yarışlarında iştirak etməsinə qadağa qoyulsun.

 

Ulduzlar Liqasının 2019/20 mövsümündə iştirak edən “Tüklə” komandasına ciddi xəbərdarlıq olunsun, bir daha belə hallar baş verərsə Komanda üçün müəyyən sanksiyaların olunacağı barədə  xəbərdarlıq olunsun.

 

Qərarın təsdiq olunmuş nüxsəsi “Tüklə” Komanda kapitanı İsmayılov Ramik Malik oğluna təhvil verilsin.

Rəy bildir

Xəbər blüteninə abunə olun

Blütenə abunə olmaqla siz,bizim ən son xəbərləri ən tez əldə etmiş olacaqsınız.