Ulduzlar Liqası Nizam İntizam komitəsi cəzaları açıqladı!

Ulduzlar Liqası Nizam İntizam komitəsi cəzaları açıqladı!

12 Jul, 2018 - 20:07

12.07.2018                                                                      

                                                                                     

                                             Nizam-intizam qaydalarına nəzarət

                                                               qurumunun idarə heyətinin baş vermiş

                                                              intizamsızlıqlarla  bağlı qəbul edilən

         

Q Ə R A R L A R I

 

      “ULDUZLAR LİQASI” adı altında keçirilən kütləvi idman yarışının 2018/2019-cu il sezonu  birinci həftəsinin  oyunları çərçivəsində oynanan oyunlarda nizam intizamsızlıq baş vermişdir, baş vermiş intizamsızlıqlarla bağlı idarə heyətinin qəbul edilən qərarları!

06.07.2018-ci il saat 21:00-da keçirilən “Asim” və “Qaraçuxur” komandalarının oyununda nizam-intizamsızlıq baş vermişdir, “Asim” komandasının iştirak ərizəsində yer alan Məmmədov Ağaməhəmməd Əliyar oğlu ehtiyat heyətdə gözləyən zaman hakimin verdiyi qərarlara öz etirazını qaydalar çərçivəsindən kənar olaraq bildirmişdir, oyunun baş hakimi Məmmədov Ağaməhəmmədin kənardan göstərdiyi müdaxiləni qaydalar çərçivəsində qəbul etməmiş və oyunçuya yaxınlaşaraq bir başa qırmızı vərəqə göstərərək meydançanı tərk etməyini istəmişdir. Qırmızı vərəqə aldıqdan sonra Məmmədov Ağaməhəmməd meydançanın texniki zonasını tərk edən zaman nalayiq və qeyri etik ifadələr işlətmişdir. Oyunçu Ulduzlar Liqası Nizam-İntizam qaydaları 40.1 bəndini sərtcəsinə pozmuşdur.

Nizam İntizam komitəsi Məmmədov Ağaməhəmməd Əliyar oğlunun  göstərdiyi davranışı birmənalı olaraq qaydalar çərçivəsində qəbul etməmiş və oyunçunun Ulduzlar Liqası 2018/2019 sezonunda Diskalifiye   olunması haqqında qərarı  qəbul etmişdir.

 

Daha bir nizam-intizamsızlıq 08.07.2018-ci saat 21:00 keçirilən “Army United” “Türkan”  oyununda baş vermişdir, “Türkan” komandasının üzvü İsmayılov Əliağa  Firudin oğlu oyun zamanı hakimin qərarlarına sərtcəsinə öz etirazını bildirmişdir, oyunun gedişatında oyunun baş hakimi İsmayılov Əliağaya şifahi xəbərdarlıq edərək qaydalara uyğun davranış etməyini tələb etmişdir lakin sözügedən oyunçu sakitləşməmiş və  rəsmi olaraq hakim tərəfindən sarı kart ilə cəzalanmışdır, oyunçu rəsmi xəbərdarlıqdan sonra öz əsəblərini cilovlamaqda çətinlik çəkərək dahada agressivləşmişdir çox saylı xəbərdarlıqlara məhəl qoymayan İsmayılov Əliağa baş hakim tərəfindən ikinci sarı vərəqə göstərilərək ümumilikdə qırmızı vərəqə ilə oyundan kənarlaşdırılmışdır,  oyundan kənarlaşdırılan oyunçu texniki zonanı tərk edərkən nalayiq ifadələr ilə meydançanı tərk etmişdir.

 

Nizam intizam komitəsi İsmayılov Əliağanın göstərdiyi davranışı birbaşa oyun qaydalarına zidd olaraq dəyərləndirmiş, aldığı qırmızı vərəqəyə görə 2 oyun göstərdiyi nalayiq ifadələrə görə isə 2 oyun ümumilikdə 4 oyun oyunlarda iştirak etmə hüququndan məhrum etmiş və iştirak ərizəsindən çıxarılması qərarını qəbul etmişdir.

 

Sözügedən oyunda “Türkan” komandasının daha bir üzvü Nehmətov Sakit Mehman oğlu  oyunun gedişatı haqqında öz fikirlərini qeyri etik və qaydalara uyğun olmayan sözlərlə ifadə etməyə başlamışdır. Ulduzlar Liqasının Nizam-İntizam qaydaları üzərinə 46.1 bəndini sərtcəsinə pozan oyunçu 2 oyun oyunlardan iştirak etmə hüququndan məhrum edilmiş və iştirak ərizəsindən çıxarlışmışdır.

“Türkan” komandasına ciddi şəkildə  xəbərdarlıq olunur, bir daha belə hallar baş verərsə komanda bir başa liqadan kənarlaşdırılacaq!

 

Daha bir nizam intizamsızlıq 08.07.2018-ci il saat 20:00-da baş tutan “Xilə” “Ulduz Paintball” komandaları arasında keçirilən oyun zamanı baş vermişdir.

“Ulduz Paintball” komandasının üzvü İbrahimzadə Ruslan İnqilab oğlu oyun gedişatı zamanı  oyunun baş hakiminin idarəsinə öz fikirlərini sərtcəsinə qaydalara uyğun olmayan şəkildə bildirmişdir, oyuna təyin olunan baş hakim İbrahimzadə Ruslana yaxınlaşaraq ona rəsmi şəkildə xəbərdarlıq etmiş bu xəbərdarlıqdan sonra  İbrahimzadə Rulsan rəsmi xəbərdarlıqığı İdmançıya yaraşmayan hərəkətlə cavablandırmışdır, alqışlarla qarşılamışdır, bunu görən baş hakim  ikinci sarı vərəqə ilə ümumilikdə qırmızı vərəqə göstərərək İbrahimzadə Ruslanı oyundan kənarlaşdırmışdır.

Nizam-İntizam komitəsinin qərarına əsasən İbrahimzadə Ruslan aldığı qırmızı vərəqəyə görə bir göstərdiyi uyğunsuz davranışa görə bir ümumilikdə iki oyun oyunlardan iştirak eməsindən məhrum olunsun və adı iştirak ərizəsindən çıxarılsın.

 

08.07.2018-ci il saat 22:00-da baş tutan “Maştağa” “Birlik” komandaların arasında baş tutan oyunda oyun zamanı Xəlilov Şahin Səttar oğlu rəqibə göstərdiyi müdaxilə sonrasında hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılmışdır. Bu səbəbdən Xəlilov Şahin bir oyun oyunlardan iştirak etmə hüququndan məhrum edilir və adı iştirak ərizəsindən çıxarılır.

 

Avangers komandası Ulduzlar Liqası I həftəsində Nizam-İntizam qaydalarının 13-cü bəndini sərtcəsinə pozmuşdur buna görə komandaya ciddi xəbərdarlıq olunur

(13. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılır.)

 

Cəzalanan oyunçuların texniki zonaya daxil olması qəti qadağandır!

 

Rəy bildir

Xəbər blüteninə abunə olun

Blütenə abunə olmaqla siz,bizim ən son xəbərləri ən tez əldə etmiş olacaqsınız.