“Ulduzlar
Həvəskar Futbol Liqası” turnirinin
ƏSASNAMƏSİ
1. Əsas müddəalar
Bu
qaydalar “Ulduzlar Həvəskar Futbol Liqası” turnirində (bundan sonra “Turnir”) iştirak
edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini
və məsuliyyətini müəyyən edir.
2. Məqsəd və vəzifələr
Turnir aşağıdakı məqsədlər üçün
keçirilir:
·
Gənclər arasında futbolun təbliği və kütləviliyinin
artırılması;
·
Gənc futbolçuların ustalığının yüksəldilməsi;
·
Gənclərin idmana marağının artırılması və pis vərdişlərdən
uzaqlaşdırılması;
·
Turnirin qalibini və komandaların yekunda
tutduqları yerləri müəyyən etmək.
3. Yarışlara rəhbərlik
Turnir
fiziki şəxs, 15.10.2015-ci il tarixdə ASAN-GƏNCƏ tərəfindən verilmiş AZE
seriyalı 15****** nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Anar Əli oğlu Məmmədovun
(bundan sonra “Təşkilatçı”) Təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilir.
4. İştirakçıların müəyyən olunması
Turnirdə
Bakı şəhəri, qəsəbə və kəndlərindən toplanmış 20 (iyirmi) həvəskar komanda
iştirak edəcək: “Xilə”, “Kia Fan Club”,
“Əmirli Tovuz”, “Maskovski”, “Galaxy”, “Füzuli”, “King Wood”, “Old Boys”, “Lion
Sumqayıt”, “Lankon By Lankonçay”, “Maştağa”, “Ərgünəş Füzuli”, “Qocalar”,
“Galacticos”, “Əvilə”, “Alo Servis”, “Çayrud”, “Dəyirman”, “Suraxanı Atəşgah”,
“Zülfüqar”.
5. Qeydiyyat qaydaları
5.1 Sifariş sənədləri UHFL rəhbərliyinə əvvəlcədən
müəyyən edilmiş vaxtlarda təqdim edilməlidir. Sənədlər gec təqdim olunacağı təqdirdə
komandalar turnirə buraxılmayacaq.
5.2
Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:
a) Şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti;
b) Əlavə oyunçu qeydiyyatdan keçirtmək istəyən komandalar ən gec
oyundan 2 (iki) gün əvvəl bu barədə məlumat verməlidirlər.
6. Hakimlik
6.1 Turnirin oyunlarını AFFA-nın Hakimlər Komitəsi
tərəfindən təyin edilmiş hakimlər idarə edəcək və hakimlik FIFA qaydaları əsasında
həyata keçiriləcək.
6.2 Keçirilən hər bir oyuna 1 (bir) hakim təyin olunacaq. Hakimlərin ödənişi
Təşkilatçı tərəfindən həyata keçiriləcək.
6.3 Hakimlərin oyunla əlaqəli hər hansı bir fakt
və onun nəticəsi ilə bağlı qərarı, o cümlədən, intizam tənbehi tətbiq etmək,
qol vurulması və ya vurulmaması saymaqla bağlı qərarı qətidir.
6.4 Hakimlər hər hansı bir xarici müdaxilə, əlverişsiz
hava şəraiti, eləcə də futbolçuların və ya digər şəxslərin idmana zidd
davranışlarına görə matçı dayandırmaq, təxirə salmaq və ya Təşkilatçı ilə
razılaşdırmaq şərtilə, ləğv etmək hüququna malikdirlər.
7. Yarışın keçirilmə sistemi
7.1 Turnirin A və B qrupları dairəvi sistem üzrə
keçirilir, daha sonra pley-off sistemi üzrə davam etdirilir.
7.2 Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə
müəyyən olunur. Oyunlar iki dövrədən ibarətdir. Hər hissə 25 (iyirmi beş) dəqiqə, hissələrdə fasilə isə 5 (beş) dəqiqədir.
Oyunçuların əvəzetməsi matçın protokolunda adları göstərilmiş futbolçulardan
limitsiz sayda həyata keçirilir. Meydan sahibi olan komanda protokolu birinci tərtib
edir, protokolda minimum 12 (on iki), maksimum 23 (iyirmi üç) futbolçunun adı və
soyadı olmalıdır.
7.4
Oyunlar minifutbol qaydalarına uyğun keçiriləcək.
7.5
Oyunlar №5 toplarla keçirilir.
7.6 Komandalar
oyunun başlamasına 30 (otuz) dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər.
7.7 Turnirə AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin
olunmuş hakimlərə, təhqir və ya aqressiv hərəkət edən şəxs hakim tərəfindən
müvafiq qaydada cəzalandırılacaq.
7.8 Oyunun qalibinə 3 xal heç – heçə olduğu halda hər
iki komandaya 1 xal verilir.
7.9 Hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılan
oyunçu olarsa, komanda cəmi 5 (beş) dəqiqə azlıqda oynayır, 5 (beş) dəqiqə sonra
hakimin qərarı ilə ehtiyat oyunçulardan biri oyuna daxil olur.
7.10 Oyun ərzində qırmızı vərəqə alan oyunçu bir
daha oyuna geri dönməməli və texniki zonanı tərk etməlidir.
7.11 Artırılmış 5 (beş) dəqiqəlik hissədə hakim tərəfindən
qırmızı vərəqə ilə cəzalandırılan oyunçu olarsa komanda cəmi 2 (iki) dəqiqə
azlıqda oynayır.
7.12 Komandaların start heyəti 9 (doqquz) nəfərdən
ibarət olur: 1 (bir) qapıçı, 8 (səkkiz) oyunçu.
7.13 Qruplardakı komandalar qrup mərhələsi çərçivəsində
18 oyun keçirməlidirlər.
7.14 Transfer pəncərəsi qrup oyunlarının birinci
dövrəsindən sonra aktiv olur, ikinci dövrə başlayana qədər aktiv qalır (transfer
pəncərəsi dövründə komandalar yalnız 4 transfer edə bilər).
7.15 Oyunlar təyin olunarkən hava şəraiti nəzərə
alınmır, meydançanın yararlılığı barədə qərarı yalnız oyuna təyin olunmuş hakim
oyun keçiriləcəyi vaxtdan ən azı 1 saat öncə qərar verir. (Bu halda oyunları təxirə
salmaq hüququ hakimin müstəsna səlahiyyətindədir.)
7.16 Oyunun başlama saatında oyuna hazır olmayan
komanda olarsa, həmin komandaya texniki məğlubiyyət verilir, əgər iki komanda
meydançada yoxdursa, hər 2 (iki) komandaya texniki məğlubiyyət veriləcək, bu
hal 2 (iki) dəfə təkrarlanarsa komandalar liqadan kənarlaşdırılacaq.
7.17 Qrup və ya pley-off oyunları ərzində oyunlardan hər hansı birində oyun
hesabına təsir edən hiylə, komandalar arasındakı hesab razılaşması aşkar
olunarsa, həmin oyunun nəticəsi sıfırlanacaq və danışılmış oyunlarda iştirak edən
komandalar liqadan kənarlaşdırılacaq.
7.18 Komanda kapitanlarının oyun saatını və
tarixini dəyişdirmək hüququ yoxdur, oyun saatı ən azı 3 gün əvvəl məlumat verməklə
və həmin gün oyunları olan digər komandalar ilə razılaşdırmaq şərti ilə dəyişdirilə
bilər.
7.19 Ulduzlar liqası
keçirilən meydança istismar səbəbi ilə bağlanarsa və ya başqa səbəbdən oyunlar
dayandırılarsa, oyunların keçirilməsi növbəti meydançanın təyin olunma
vaxtına qədər dayandırılacaq.
7.20 Ulduzlar Liqasında bir
komanda yalnız bir ad altında təmsil oluna bilər və ad dəyişikliyi ilə bağlı
istisna hal (komanda adını daşıdığı sponsorunu dəyişərsə, komanda əlavə 100 AZN
ödəniş etməlidir) yaşanarsa yalnız bir dəfə üçün komanda adının dəyişikliyinə icazə verilir.
7.21 Komandaların liqaya
daxil olduqdan sonra hansısa şirkət və ya kiçik bizneslə bağlı ümumilikdə
reklam xarakterli tabloları, səsgücləndirici avadanlıqları, fişəng və ya partlayıcı
maddələri meydançaya gətirməsi qəti qadağandır!
7.22 İştirak ərizəsində göstərilməyən şəxslər oyunlar keçirilən zaman
meydançaya və texniki zonaya buraxılmır.
7.23 Hər bir oyunçu eyni zamanda yalnız bir komandada qeydiyyatda ola
bilər.
7.24 Bir oyunçu mövsüm ərzində
maksimum iki komandada çıxış edə bilər.
7.25 İştirakçı komandalar
FİFA və UEFA tərəfindən tərtib olunmuş “Fair Play” və “Respect” prinsiplərinə
riayət etməlidirlər.
7.26 Komandaların xalları bərabər
olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən
olunur:
· Komandaların öz aralarında keçirdikləri oyunların nəticəsinə əsasən;
· Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və
buraxılmış qolların sayına əsasən;
· Bütün oyunlarda vurulmuş və buraxılmış qolların fərqinə görə;
· Bütün oyunlarda vurulmuş qolların sayına əsasən;
· Komandaların qələbə saylarına əsasən.
7.27 Oyun zamanı futbolçuların əvəzlənməsi aşağıdakı qaydada həyata
keçirilir:
· Oyun ərzində hər komanda limitsiz əvəzetmədən istifadə edə bilər;
· Oyuna daxil olan oyunçu texniki zonanın qarşısında tam mərkəzdən oyuna
daxil olmalıdır;
· Oyunun baş hakimindən icazəsiz və ya qaydalara uyğun olmayan dəyişikliklər
olarsa, həmin oyunçu hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılacaq;
· Oyun zamanı əvəzlənmiş futbolçu meydançaya bir daha qayıda bilər.
7.28 Komanda 3 dəfə ardıcıl
və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılır.
7.29 Turnirdən kənarlaşdırılan
komandanın bütün nəticələri ləğv edilir. (Komandanın keçirdiyi oyunların 50%
nisbəti hesablanır)
7.30 Oyun ərzində komanda 4
(dörd) nəfər qaldıqda texniki məğlubiyyət verilir.
7.31 Oyun başlanar və ya bərpa
olunarkən meydançanın mərkəzindən birbaşa qapıya zərbə qol kimi qeydə alınacaq.
7.32 Aut yan xəttin üzərindən
ayaqla başlanılır. Bu zaman top hərəkətsiz olmalıdır.
7.33 Oyunçular idman
formaları və idman ayaqqabıları ilə oyuna çıxmalıdılar, əgər idman forması
yoxdursa Təşkilatçı tərəfindən fərqlənmə üçün gödəkçə veriləcəkdir.
7.34 Oyunçular stadiona
butsu, eləcə də, rəqibə və ya özünə təhlükə törədəcək geyim geyinməməli və hər
hansı bir təhlükəli əşya gəzdirməməlidir. Bütün növ zinət əşyası, dəri və rezin
lentlər və s. istifadəsi qadağan edilir və onlar çıxarılmalıdır. Zinət əşyasının
üzərini örtmək üçün yapışqan lent taxmağa icazə verilmir.
7.35 Əsas oyunçular oyuna
başlamazdan əvvəl, ehtiyat oyunçular isə oyun meydanına daxil olmazdan əvvəl
hakim tərəfindən yoxlanılmalıdır. Əgər oyunçu icazə verilməyən təhlükəli geyim
və ya zinət əşyası gəzdirərsə hakim oyunçuya meydançanı tərk etməsi göstərişi
verməlidir, əgər oyunçu etiraz edərsə top növbəti dəfə oyundan çıxdıqda,
oyunçuya bir daha meydançanı tərk etməsi haqqında məlumat verilməlidir. Hakimin
göstərişinə əməl etməkdən imtina edər və ya geyimdən yaxud zinət əşyasından
yenidən istifadə edərsə, oyunçuya sarı vərəqə göstərilməlidir.
7.36 Komandalar bir-birindən
və hakimlərdən fərqlənən geyimdən isdifadə etməlidir, hər iki komandanın geyim
dəstində nömrə nişanı qeyd olunmalıdır, hər bir qapıçı digər oyunçular və
hakimlərdən fərqli geyim geyinməlidir, əgər hər iki qapıçının köynək rəngi
eynidirsə və onların ehtiyat köynəyi yoxdursa hakimin oyuna başlamasına icazə
verilmir.
7.37 Hər iki qrupda çıxış
edən komandaların balansında 1 gecikməli oyun (təxir) olduğu halda komanda növbəti
təxir haqqını isdifadə edə bilməz.
8. Meydan
8.1 Turnirin oyunları 157 nömrəli orta məktəbin meydançasında keçiriləcək.
8.2 Oyunlar keçirilən zaman turnirdə iştirak edən komandaların özlərinə
mənsub azarkeşlərinin dəvət olunması və kütləvi şəkildə toplanışları qəti qadağandır.
9. Qaliblərin müəyyən edilməsi
9.1 Yarış iki qrupdan ibarət olacaq, hər qrupda 10
(on) komanda iştirak edəcək, qruplarda oyunlar dairəvi şəkildə davam edəcək,
ilk 8 (səkkiz) yeri tutmuş komanda bir başa pley-off mərhələsinə yüksələcək,
daha sonra 1/8, 1/4, yarımfinal və final keçiriləcək.
9.2 Pley-off mərhələsində oyunlar heç-heçə nəticələnərsə,
komandalar birbaşa penaltilar seriyasına keçid alacaqlar. Hər komanda 8 (səkkiz) metrlik 5 penalti zərbəsi yerinə
yetirəcək.
9.2
Yarımfinal və final oyunlarında hesablar heç-heçə bitərsə 2 hissədən
ibarət 5 dəqiqəlik əlavə vaxt oynanılacaq.
10. Cəzalar
10.1 Komandanın heyətində sifariş olunmuş
oyunçulardan mövsüm ərzində saxtakarlıq aşkarlanarsa, məsuliyyəti komanda və
kapitan daşıyır. Saxtakarlıq edilmiş oyunçu aşkarlandıqda, oyunçunun iştirak
etdiyi bütün oyunların nəticələri ləğv edilərək komandaya texniki məğlubiyyət
verilir.
10.2
Oyun ərzində qırmızı vərəqə alan oyunçu bir daha oyuna daxil olmur və 1 tur cəzalanır.
10.3 Təhqir, söyüş, qeyri-idman hərəkəti göstərərək
qırmızı vərəqə alan oyunçular hakim tərəfindən 1-8 oyun cəzası ala bilər və
yaxud Təşkilatçı tərəfindən turnirdə iştirakının dayandırılması barədə qərar qəbul
edilə bilər.
10.4
Oyun ərzində 2-ci sarı vərəqədən sonra qırmızı vərəqə alan oyunçu komandasının
növbəti oyununda cəzalı vəziyyətə düşəcək və növbəti oyunda iştirak etməyəcək.
10.5
Qrup ərzində ümumilikdə 3 sarı vərəqə alan oyunçu komandasının növbəti oyununda
iştirak etməyəcək.
11. Peşəkar oyunçu limitləri
11.1 Qeydiyyatdan keçən peşəkar oyunçu Azərbaycan
Premyer Liqası və Birinci Divizionunda sonuncu dəfə 2018-2019-cu il mövsümündə iştirak etmiş olmalıdır.
11.2 Futzal üzrə Yüksək Liqada aktiv fəaliyyəti
olan oyunçunun iştirak etməsi qəti qadağandır.
11.3 Hər komanda üzrə futzal üzrə Birinci Liqada
iştirak etmiş 5 (beş) nəfərin, İkinci Liqada iştirak etmiş limitsiz sayda
oyunçunun iştirakına tam icazə verilir.
12. Təhlükəsizlik
və Sağlamlıq
Oyunlar
keçirilən zaman oyunlarda həkimin iştirak etməsi, oyunlara həkimin cəlb edilməsi,
təhlükəsizliyin təmin edilməsi Təşkilatçı tərəfindən həyata keçirilir.
13. Mükfatlandırma
13.1 Turnirin qalibləri müxtəlif hədiyyələr ilə
mükafatlandırılacaqlar.
13.2 Final mərhələsində ilk 3 (üç) yeri tutan
komandaların oyunçuları və məşqçiləri müvafiq olaraq birinci, ikinci, üçüncü
yer medalları ilə təltif olunacaq, 1-ci yer kubok və medallar, 2-ci və
3-cü yerlər Təşkilatçı tərəfindən
medallarla təltif olunacaq.
13.3 Turnirdə bombardir, ən yaxşı qapıçı, ən yaxşı
oyunçu, ən yaxşı müdafiəçi, ən yaxşı hücumçu, ən çox məhsuldar ötürmə sahibi seçilərək Təşkilatçı
tərəfindən dəyərli hədiyyələr ilə mükafatlandırılacaqlar.
14. Xüsusi şərtlər
14.1 Turnirdə iştirak edən komandalar
iştirakçıların şəxsiyyət vəsiqələrinin surətini (hər iki tərəf) turnirin qeydiyyata
alınması üçün yarış başlamazdan 1 gün əvvələdək AFFA-nın Kütləvi Futbol
departamentinə təqdim etməlidirlər. Əks təqdirdə AFFA tərəfindən oyunlara hakim
təyinatı dayandırılacaq.
14.2 Turnirdə oyunlar zamanı AFFA-nın İntizam Komitəsi
tərəfindən sanksiya tətbiq edilmiş (AFFA bayrağı altında təşkil olunan
yarışlarda iştirakdan məhrum edilmiş) oyunçular aşkarlanarsa, oyun hakim tərəfindən
ləğv ediləcək və həmin komandaya texniki məğlubiyyət veriləcəkdir.
Blütenə abunə olmaqla siz,bizim ən son xəbərləri ən tez əldə etmiş olacaqsınız.